Təbiətin ən maraqlı canlılarından biri də quşlardır. Quşlar bizim dostlarımızdır. Quşları sevmək, onlara qayğı ilə yanaşmaq lazımdır. Diqqətlə nəzər yetirsək, onların başqa heyvanlardan xeyli fərqləndiklərini görərik: quşlar ikiayaqlıdır; dimdikləri var; bədənləri lələklərlə örtülüb; uça bilirlər. Quş lələyi əsl möcüzədir. İçi boş və yüngül olduğundan, lələk quşun uçmasına və havada uzun müddəqalmasına kömək edir. Onu yağışdan, qardan , soyuqdan qoruyur. Ən uzun lələklər qanadlarında və quyruğunda olur.
Quşun başqa bir möcüzəsi də onun dimdiyidir. Dimdik dodaq və burunu əvəz etməklə yanaşı, həm də onun silahıdır. Quş dimdiyi ilə nəyi isə tutur, yeri eşir,yuva qurur, lələklərini təmizləyir və yumurtalarını
çevirir. Quş həm də dimdiyi ilə hücum edir və müdafiə olunur. Bəzi quşların yuvaları əsil evə bənzəyir. Məsələn sağsağanın yuvasında döşəmə, divar və çardaq görmək olar. Yuvaları budaqdan asılmış nənniyə bənzəyən quşlar da var. Onlar öz yuvalarını çöplərdən, otlardan, xırda budaqlar və palçıqdan hörür, içərisinə tük, lələk, yumşaq ot döşəyirlər. Bu, onların yumurtalarının salamatlığı və körpə balalarının rahatlığı üçün lazımdır. Quşların qidaları da cürbəcür olur. Bəziləri başqa
heyvanların əti ilə, bəziləri cücülərlə, bəziləri isə
bitkilərlə, onların meyvələri və toxumları ilə qidalanırlar. Quşlar
zərərli cücüləri məhv etməklə insaniara
fayda verirlər.
Lucky Club Casino Site - Review, Login & Mobile Site
ОтветитьУдалитьLucky Club is a UK licensed online casino based in the UK. It is a 카지노사이트luckclub trusted UK online casino. In 2021 it became the UK's first licensed online casino