среда, 19 марта 2014 г.

Təbiətdə quşların rolu

              Təbiətin ən maraqlı canlılarından biri də quşlardır. Quşlar bizim dostlarımızdır. Quşları sevmək, onlara qayğı ilə yanaşmaq lazımdır. Diqqətlə nəzər yetirsək, onların başqa heyvanlardan xeyli fərqləndiklərini görərik: quşlar ikiayaqlıdır; dimdikləri var; bədənləri lələklərlə örtülüb; uça bilirlər.                                                        Quş lələyi əsl möcüzədir. İçi boş və yüngül olduğundan, lələk quşun uçmasına və havada uzun müddəqalmasına kömək edir. Onu yağışdan, qardan , soyuqdan qoruyur. Ən uzun lələklər qanadlarında və quyruğunda  olur.                                                                                                                                     
                    Quşun başqa bir möcüzəsi də onun dimdiyidir. Dimdik dodaq və burunu əvəz etməklə yanaşı, həm də onun silahıdır. Quş dimdiyi ilə nəyi isə tutur, yeri eşir,yuva qurur, lələklərini təmizləyir və yumurtalarını

çevirir. Quş həm də dimdiyi ilə hücum edir və müdafiə olunur. Bəzi quşların yuvaları əsil evə bənzəyir. Məsələn sağsağanın yuvasında döşəmə, divar və çardaq görmək olar. Yuvaları budaqdan asılmış nənniyə bənzəyən quşlar da var. Onlar öz yuvalarını çöplərdən, otlardan, xırda budaqlar və palçıqdan hörür, içərisinə  tük, lələk, yumşaq ot döşəyirlər.  Bu, onların yumurtalarının salamatlığı və körpə balalarının rahatlığı üçün lazımdır.  Quşların qidaları da cürbəcür olur. Bəziləri başqa
heyvanların əti ilə, bəziləri cücülərlə, bəziləri isə
bitkilərlə, onların meyvələri və toxumları ilə qidalanırlar. Quşlar
zərərli cücüləri məhv etməklə insaniara                                           
fayda verirlər.                                                                                                                                         

Köçəri quşlar


             

                    Payızda quşların qidaları azaldığından, onların bir çoxu isti yerlərə uçub gedirlər. Yurdumuzda
qişlayan quşların bəziləri özlərinə qış tədarükü görür. Digər quşlar isə meşədə, çöldə və yaşayış məntəqələrin-
də tapdıqları yemlərlə qidalanırlar.  İnsanlar quşlarla təmasda olarkən diqqətli olmalıdırlar ki, bəzi yolxucu xəstəliklərə tutulmasıblar.
urasının Məsləhətçi Assambleyası tərəfindən ifadə edilən tələbləri nəzərə alaraq;
 ətraf mühitin qorunması üzrə İkinci Avropa Hökumətləri Konfransının qəbul etdiyi 2 №-li qərarın
tələblərinə, xüsusilə canlı təbiətin qorunması sahəsində, riayət etməyi arzulayaraq,
Təhlükə altında olan və zəif növlərə, bu cür köçəri növlər daxil olmaqla, xüsusi diqqət yetirilir.
Köçəri quşlar bir zolaq üzrə uçur, hər quş qonşu quşların qanadlarının hərəkətindən gələn hava axınında uçur və bu hava axını enerjini saxlamağa kömək edir. Energetik nöqteyi-nəzərdən ən əlverişsiz vəziyyətdə sürünün başçısı olur. Buna görə ən güclü və dözümlü o olmalıdır.

Quslarin müdafiəsi






                   Təbiətdə quşların müdafiəsi uçun bir çox mühüm sənədlər 
imzalanmışdır. Mühüm sənədlərdən biridə təbiətdə canlıların, flora və faunanın qorunması haqqında konvensiyalardır.